Telegram Group Search
Mədəniyyət xəbərləri. 1933-cü ildə Azərbaycan istehsalı olan «26 Bakı Komissarı» səssiz filmi Nyu-Yorkun Acme kinoteatrında nümayiş olunur. 1949-cu ildə ABŞ-da uşaq kitabları bazarına ağdamlı Əlinin həyat hekayəsi haqda kitab daxil olur. Nyu York Tayms yazır ki, bu kitab cəhalət, mövhumat, acgözlük əleyhinə yazılmış nəfis bir əsərdir. 1960-cı ildə Nyu-York Filarmonik orkestri öz konsert proqramına Fikrət Əmirovun «Azərbaycan» simfonik suitasını daxil edib. Nyu-yorklular martın 3-dən 6-na kimi Stokovskinin dirijorluğu altında əsəri dinləyə bilər.
Anatomie d'une chute filminin aktyorlarından Messi Kann festivalında qırmızı payəndazda.
Mənə maraqlıdır, bu qaydanı necə tətbiq edəcəklər? Məsələn, mən Gürcüstana vizasız gedə bilirəm. Səhv etmirəmsə, bir il Gürcüstanda qala bilərəm. Gürcüstanda qaldığım müddətdə də qeydiyyat tələbi yoxdur. İndi pasport kontrola gəldi çıxdı bir turist, haradan biləcəklər sərhəd bəkçiləri ki, bu turist Gürcüstanda nə qədər qalmağı planlaşdırır? Mən, məsələn, heç özüm də bilmirdim nə qədər qalacam, ancaq bezəndən sonra geri qayıdırdım (quru sərhədləri açıq olanda 🤣).
Gərək fransız səfirini də lap əvvəldən Rəşad Məcidə tapşırardılar. İndiyə çoxdan haqq yoluna gəlmişdi uje. Foto da Laçında çəkilib.
Heydər Hüseynova qarşı kampaniya Nyu York Taymsda. Hiss olunur ki, məlumatı sovet rəsmi mətbuatından götürürlər, təfərrüatlarına vara bilmirlər. Yoxsa dərhal bilərdilər ki, «bolşeviklərin yazarı M. D. Bagirov» elə Azərbaycanın rəhbəri Mir Cəfər Bağırovun özüdür.
Deyilənə görə, bu hadisələrdən sonra Babur kələk işlədir, üstündə Şah İsmayılın adı olan yeni pulları dövriyyəyə buraxmaq əvəzinə cəmi dörd-beş dənə pul kəsdirib Şah İsmayıla göndərir. Şahın adına xütbə də cəmi bircə dəfə oxunur. Ondan sonra sünni səmərqəndlilərlə Baburu müşayiət edən şiə qızılbaşlar arasında dava düşür, Babur yenə nəsə özünü kənara çəkir. Qızılbaşlar Şah İsmayıla məktub yazıb Baburun qudurduğunu deyirlər. Şah da çəkir qoşunu Xorasana ki, Babura yaxşı bir qulaqburması versin. Bu dəm xəbər yetişir ki, bəs özbəklər Baburun dalından dəyib Səmərqənddən qovublar. Sonra da Babur üz tutacaq Hindistana, bəxtini bir daha sınamağa. Amma babat sınadı ha.

P. S.: Bu il Şah İsmayılın vəfatından düz 500 il ötür (23 may, 1524).
Washington Post hələ məşhur tarixi binasında olanda (indi həmin binanı söküblər) ora getmişdik, aşağıda qeydiyyatdan keçmək lazım imiş. Qeydiyyatdakı qız pasportumu aldı, ad-soyad yeri əvəzinə Şengen vizası olan səhifəyə baxıb götürüb beycikdə soyadımı Statten yazdı. Deməli, məntiqlə adım da Schengener oldu. Amma qız pasportda ad-soyad yerini səhv salmağı bir yana, heç təzə soyadım Staaten sözünü də beycikə düz köçürə bilməmişdi.

Nəsə, binadan çıxanda təhlükəsizlik səbəbindən beycikləri təhvil vermək lazım idi. Mən dedim ki, özümdə saxlamaq istəyirəm, çünki—səbəbini onlara izah elədim. Sonra da əlavə elədim ki, gör vaxtilə Ellis adasında yazıq immiqrantların ad-soyadlarının başına nə oyun açmısız da. Dedilər ki, yaxşı, onda özündə saxla. İndi təsadüfən rastıma çıxdı, plastik faylın üstünə yapışdırıb saxlamışammış.
Vallah, billah, feyk deyil. Özü də çox hörmətli, izzətli, şanlı keçmişi, ciddi redaksiya siyasəti olan fransız jurnalıdır. Yelisey sarayı da bu jurnala abunədir. Amma necə deyərlər, les forces obscures étrangères Fransanı təhdid edir, ona görə belə lazım biliblər yəqin.
Müstəqilliyin elanının səhərisi günü.
I was talking about Zangezur before it was cool. 😎

İlqar Məmmədovun 2010 parlament seçkilərində təbliğat materialından.
1918-ci ildə Azərbaycan hökuməti milli valyuta buraxmaq üçün Osmanlı hökuməti ilə danışıqlar aparır. Valyutanın adı azəri olacaqmış. 1 türk lirəsi = 15 azəri. Osmanlının maliyyə naziri Cavid bəy, Osmanlı bankının rəhbəri Həmid bəy əllərindən gələn köməyi əsirgəmirlər, bizimkilər Leypsiqdən kağız sifariş verirlər, mətbəəni az qala pulsuz danışırlar, amma bu vaxt Bolqarıstan cəbhəsi yarılır, mərkəzi dövlətlər məğlub olmağa başlayır, Tələt paşanın hökuməti istefaya gedir, Azərbaycanın ilk valyuta buraxmaq cəhdi də yarımçıq qalır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Sovet təbliğatı məgər nə deyirdi ki? İlk metro guya Londonda açılmayıb? Yoxsa ilk metro guya Moskvada açılıb? Ha çalışdım, ha baxdım, amma Beyker strit stansiyası ilə sovet təbliğatı arasında nəsə bir əlaqə görə bilmədim, sayın İbrahim bəy. 😮
Əli Novruzovun kanalı
Sovet təbliğatı məgər nə deyirdi ki? İlk metro guya Londonda açılmayıb? Yoxsa ilk metro guya Moskvada açılıb? Ha çalışdım, ha baxdım, amma Beyker strit stansiyası ilə sovet təbliğatı arasında nəsə bir əlaqə görə bilmədim, sayın İbrahim bəy. 😮
Sayın İbrahim bəyin kanalına tez-tez baxıram, elə bilirəm ki, artıq bütün gündəlik rutinini çözmüşəm. Deməli, səhər tezdən düşür Boğazın qıyısına, saat 9 tamamda emekli kontr-admiral Vehbi Atilla Türkkan ilə kahvaltı edəcəklər. Paşam çox punktual adamdır, düz dediyi saatda, dəqiqədə, saniyədə gəlir həmişə. Ona görə də sayın İbrahim bəy 20 dəqiqə tez gəlib ki, Paşam onu gözləməsin, ayıbdır. Stolun üstündə Russell Neuman-ın Evolutionary Intelligence kitabının təzə çıxan nəfis türkcə tərcüməsi (özü də məhz Yapı Kredi Yayınlarından!!!), bir fincan caffè macchiato, bir dənə martı da gəlib qonub masadakı o biri stulun başına (şair demiş, masa da masaymış ha!). Sayın İbrahim bəy telefonunda İlon Maskın təzə raketinin uçuşunu izləyir. Bu dəm bir dəstə rus turist kafenin yanından keçir, sayın İbrahim bəyin qulağına Masha, khvatit, ne kapriznichay kimi banal məişət sözləri gəlib çatır. Sayın İbrahim bəy də möhkəm əsəbiləşir, tez açır Telegram-ı, başlayır ki, ey tolstoyevskilər, ey soveet təbliğatının qurbanları, ininize gireceğiz, ininize!!!
2024/06/03 09:15:26
Back to Top
HTML Embed Code: